Rusiya Azərbaycanda neftçilər üçün gəmi sifariş verib
Azərbaycan Gəmiqayırma Zavodu Rusiya üçün 38М сrew boat layihəsi üzrə (layihəçi- SHIPTECH, Sinqapur) 3 sürətli gəmi tikəcək.. Rusiyanın müvafiq qurumu Baku Shipyard LLC ilə bu barədə saziş bağlayıb.
Rusiya KİV-i (http://portnews.ru/news/184237) bildirir ki, tikintiyə bu ilin avqustunda başlanılacaq. Sifariş 2016-cı ilin mayına kimi yerinə yetiriləcək. İş başa çatanda gəmilərə РС: КМ (*) HSC crew boat sinfi veriləcək.
Gəmilər heyəti (80 nəfərə qədər), üzən qazma qurğuları üçün yükləri daşıyacaq. Onlar sahildən 100 dəniz mili uzaqda işləyə biləcək.
Gəmilərin uzunluğu 38,22 m; eni 8,20 m; hündürlüyü 4,30 m; subasımı 2,25 m; ekipağı 8 nəfər olacaq.
«Sifariş Bakı tərsanəsi ilə əməkdaşlıq istiqamətindədir və Baku Shipyard 2013-cü ilin sentyabrında işə düşəndən bu günə ilk böyük sifarişdir. Yeni yüksək sürətli gəmilərin Xəzər şelfində bu yataqlara xidmət edəcəyi gözlənilir – Günəşli, Çıraq, Azəri, Bulla, Pirallahı, West Abşeron, Çilov», - deyə məlumatda bildirilir. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz