Rusiyaya ərzaq ixracı canlanır
Rusiya və Azərbaycan meyvə və tərəvəzlə bağlı gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması üçün danışıqlar davam edir. RF baş naziri Dmitri Medvedev bu barədə sərəncam verib (http://government.ru/media/files/5ZzXsvfRToejuulpTjRjojriGTpm79Ai.pdf).
Gömrük prosedurları qaydaya salınsa, sahibkarların tranzaksiya xərcləri 2 dəfə azalacaq, nəticədə malın maya dəyəri ucuzlaşacaq. Söhbət Azərbaycandan Rusiyaya aparılan canlı ağac və bitkilər, onların hissələri, çiçək, göyərti, meyvə, tərəvəz, qoz, onlardan emal edilmiş məhsullar, müxtəlif qida məhsullarından gedir. Yeniliyə əsasən, əgər mallar Azərbaycan gömrükçüləri tərəfindən buraxılıbsa, o zaman Rusiya Gömrük Xidmətinin əməkdaşları bu mallara böyük diqqət yetirməyəcəklər.
RF ekspertləri hesab edir ki, Azərbaycan məhsulları Rusiya analoqlarından ucuzdur və ölkəmiz əlavə ərzaq mənbəyi ola bilər. --17D—
-
- Cəmiyyət
- 7 May 2015 15:54
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz