"Şahdəniz"də hasilat tədricən artır
“Şahdəniz” yatağının "Mərhələ-1" layihəsi çərçivəsində BP-Azerbaijan şirkəti (operator) istehsal göstəricilərini yaxşılaşdırır.
Turan-ın şirkətdən əldə etdiyi məlumata görə, bu il mayın 15-i üçün konsorsium kontrakt meydançasından 963 mln kubfut və ya 27,35 mln kubmetr qaz çıxarıb. 2013-cü ilin I rübündə "Şahdəniz" yatağında sutkada 951 mln kubfut və ya 27 mln kubmetr qaz hasil edilib.
Hasilat stasionar platformada beş quyudan aparılır. Onların hərəsinin gücü sutkada 5 mln kubmetr qazdır.
2012-ci ildə "Şahdəniz" yatağında 7,73 mlrd kubmetr qaz çıxarılıb. Bu, 2011-ci ildəkindən 15,9% çoxdur. Təkcə "Şahdəniz" çərçivəsində ARDNŞ və quruda işləyən əməliyyat şirkətlərindən çox qaz hasil edilib.
2013-cü ilin I rübündə "Şahdəniz" çərçivəsində 2,42 mlrd kubmetr qaz hasil edilib. Bu, ötən ilin eyni dövründəkindən 420 mln kubmetr çoxdur.--12В-
-
- Cəmiyyət
- 17 May 2013 11:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz