Sahibkarlara vergidə güzəşt olmayacaq
Bakıda "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda V Vergi Forumu öz işinə başlayıb. Dünya Bankı nümayəndələri də iştirak etdiyi üçün tədbiri beynəlxalq adlandırmaq olar. Forumda Prezident Adminstrasiyası, Milli Məclis, Nazirlər Kabineti və digər dövlət orqanlarının, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq strukturlarının, yerli bankların, qeyri-dövlət təşkilatlarının nümayəndələri iştirak edirlər.
Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, ötən il ÜDM 1% artıb. İqtisadiyyata $20 mlrd investisiya qoyulub. Bunun yarısı xarici investisiyadır. O, qeyd edib ki, dövlət büdcəsinin gəlirlərini artırmaq lazımdır. Bunun üçün sahibkarlar və biznes strukturları ciddi iş görməlidirlər. Onlar vergi öhdəliklərini vaxtında və tam yerinə yetirməli, uçotu düzgün aparmalı və vergi ödəməkdən yayınmamalıdırlar. --17D—
-
- Cəmiyyət
- 10 Fevral 2016 13:33
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz