Sahibkarlıq strukturlarında yoxlamalar min dəfə azalıb
Bakıda “Qeyri-neft ixracı: bu günün çağırışları və yeni imkanlar” mövzusunda konfrans keçirilib. İqtisadiyyat naziri Şahin Mustafayev tədbiri açaraq bildirib ki, bu sahədə əsas trend sahibkarlıq strukturlarında yoxlamaların min dəfə azalmasıdır (ötən ilin 1 oktyabrında 50 min, bu il 50).
O deyib ki, indiyədək sahibkarlara 62 investisiya təşviqi sənədi verilib, hazırda bu sahədə 9 layihəyə baxılır. Ümumilikdə son 5 ayda verilmiş və baxılmaqda olan bu cür investisiya layihələri üzrə 800 milyon manatdan çox sərmayə qoyuluşu həyata keçiriləcək.
Bundan başqa, SKMF xətti ilə indiyədək 2 mlrd manat verilib, 32 min layihə maliyyələşdirilib.
Qeyri-neft ixracından danışarkən o bildirib ki, gömrükdə islahat keçirilib, elektron bəyannamə sisteminə keçilib. Bundan başqa, sahibkarlıq lisenziyaları müddətsiz olub. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz