- İqtisadiyyat
- 10 İyun 2014, 17:09
- 158
Satınalmalar üzrə Dövlət Agentliyinin xidməti avtomobil sayı iki dəfə artıb
Nazirlər Kabineti 18 iyul 2011-ci il tarixli dövlət büdcəsindən maliyyələşən müəssisələrin və təşkilatların avtonəqliyyat vasitələrindən istifadəsini tənzimləyən qərarına yenidən baxıb. Satınalmalar üzrə Dövlət Agentliyi dövlətin hesabına daha iki avtomobil alacaq.
Aparat rəhbəri Ələkbər Quliyev Turan-a bildirib ki, agentliyin əməkdaşları minimum 1-2 dəfə Bakı və rayonlarda tenderlərə gedir. Bu zaman onlar şəxsi maşınlarından istifadə edir. İki yeni avtomobil onlara xidmət edəcək. Hazırda xidməti avtomobillər ona və agentliyin direktoruna xidmət edir.
SDA 1997-ci ildə yaradılıb. Burda 34 nəfər (texniki işçilərlə birlikdə) çalışır.
SDA 2013-cü ildəki fəaliyyəti barədə ətraflı məlumat açıqlamayıb. 67 nazirlik, komitə, dövlət təşkilatının istifadəsində 1200-ə yaxın xidməti avtomobil var. Prezident Administrasiyası, Nazirlər Kabineti, güc nazirlikləri, FHN və DYP-yə məxsus avtomobillər bura daxil deyil. --08B—
-
- İqtisadiyyat
- 10 İyun 2014 16:44
-
- Siyasət
- 10 İyun 2014 17:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz