Şəffaf sığorta müqavilələri
İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması sistemi yenilənib. İcbari Sığorta Bürosunun məlumatında deyilir ki, vətəndaşlar İcbari Sığorta Bürosunun iştirakçı sığortaçılarına (qeyri-həyat sığortası sahəsi üzrə fəaliyyət göstərən) qarşı irəli sürdükləri sığorta tələblərinin statusu haqqında məlumatı (qeydiyyat, təsdiq, ödəniş) http://services.isb.az internet səhifəsindən öyrənə biləcəklər.
2015-ci ilin 5 ayı ərzində Büronun informasiya sistemində mövcud olan icbari sığorta müqavilələrin yoxlanılması məqsədi ilə http://services.isb.az səhifəsinə 640 mindən çox sorğu göndərilib.
1 yanvar 2015-ci il üçün ISB-nin aktivləri 20,1 mln manat (bir il öncəkinə nisbətən +36,3%) olub. Ötən il xalis mənfəət 4,8 mln manat (+29,7%), gəlirlər 6,9 mln manat, xərclər 2,1 mln manat olub. --17D—
-
- İqtisadiyyat
- 3 İyun 2015 16:34
-
- Siyasət
- 3 İyun 2015 16:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz