- İqtisadiyyat
- 7 Sentyabr 2012, 16:38
- 200
Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minib
Bu gün Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minib. Prezident İlham Əliyev sentyabrın 4-də müvafiq qanunun tətbiqi barədə fərman imzalayıb. Məcəllə 7 sentyabrda mətbuatda verilib.
Nazirlər Kabinetinə tapşırılıb ki, 4 aylıq müddətdə bu məcəllənin pozulmasına görə məsuliyyət nəzərdə tutan qanun layihəsi hazırlasın, həmçinin yalan ekspertiza rəyi nəticəsində dəyən maddi ziyana görə inzibati məsuliyyəti müəyən etsin. Altı aylıq müddətə «Arxitektura fəaliyyəti haqqında» qanun layihəsi hazırlanacaq.
Məcəllənin tətbiqi üzrə mərkəzi icra hakimiyyəti orqanları AR prezidenti, Nazirlər Kabineti, Şəhərsalma və Arxitektura Komitəsi, FHN və yerli icra hakimiyyəti orqanlarıdır.
Qeyd edək ki, yeni məcəllə fərdi tikintiyə tələblərin yumşaldılmasını nəzərdə tutur. Məsələn, 5 metrdən hündür və ərazisi 100 kv m-dən çox olmayan fərdi tikintilər üçün icazə tələb edilmir. Məlumat verməklə vətəndaşlar və hüquqi şəxslər 3 mərtəbədən yüksək və hündürlüyü 12 metrdən çox olmayan binalar tikə bilərlər. 08D
-
- İqtisadiyyat
- 7 Sentyabr 2012 16:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz