- İqtisadiyyat
- 7 Sentyabr 2012, 16:53
- 89
Bakı-Şamaxı-Muğanlı avtomagistralının iki sahəsinin tikintisi üçün podratçı tələb olunur
Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-i Bakı-Şamaxı-Muğanlı avtomagistralının 44,6 km-dən 91,04 km-dək iki qovuşan sahəsinin tikintisi üzrə iddiaçıların seçimi üçün tender elan edib. İddiaçılardan ərizə qəbulu 17 oktyabrda başa çatır. Onlar arasında tender dekabrda keçiriləcək.
Xatırladaq ki, Dünya Bankı bu avtomagistralın 2 zolaqlıdan 4 zolaqlıya genişləndirilməsi layihəsini maliyyələşdirir. Hazırda 15-44,6 km sahəsində tikinti işləri gedir. Avtomagistralın yenidənqurması da DB kreditləri ilə həyata keçirilir. --08D—
-
- İqtisadiyyat
- 7 Sentyabr 2012 16:38
-
- Cəmiyyət
- 7 Sentyabr 2012 17:23
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz