- İqtisadiyyat
- 18 Oktyabr 2012, 12:00
- 124
Sentyabr ayinda inşaat materiallarinin qiyməti 1,6% artib
Sentyabr ayında inşaat materiallarının qiyməti orta hesabla 1,6% artıb. Qiymət artımı əsasən künyə, şveller, DSP, boru, DVP, sink təbəqə, armatur, katinka, şifer, dam örtüyü, şüşə, laminat-parket, peneplast və s. materiallarda özünü göstərib. Qiymət artımı ilin əvvəli ilə müqaisədə 7,5%, ötən rübün müvafiq dövrü ilə müqaisədə isə-6% artıb. Ekspertlərin hesablamalarına görə son bir ayda mövsümlə əlaqədar olaraq tələbin inkişaf dinamikasında da 5% artım qeydə alınməşdır. Ay ərzində yerli istehsalın bazardakı payı-52% dən bir qədər çox olmuşdur.
Ekspertlər son bir ayda inşaat materiallarının qiymətinin bahalaşmasını əsasən mövsümi amillərlə izah edirlər. İnşaat materilları bazarında çalışan şəxslərdən biri vəziyyəti belə şərh etdi:“Sentyabr-Oktyabr aylarının inşaat işlərinin aparılması üçün əlverişli olması və bu aylarda tələbin artması qiymətlərin süni bahalaşması əsas səbəb olur”. Mövsümlə əlaqədar olaraq bazardakı aktivliyin hələdə bir müddət davam edəcəyini, qiymətlərdə isə ciddi dəyişikliyin müşahidə edilməyəcəyini proqnozlaşdırırlar
-
- Cəmiyyət
- 18 Oktyabr 2012 11:00
-
- İqtisadiyyat
- 18 Oktyabr 2012 12:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz