Sentyabrda avro alışı 17,5 dəfə artıb
2012-ci ilin sentyabrında nağdsız xarici valyuta əməliyyatları dövriyyəsi 3346 mln manat ($4,3 mlrd) ekvivalenti olub. Ay ərzində o, 35 % artıb. Doqquz ayda valyuta dövriyyəsi 23,72 mlrd manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə o, 33,6% artıb.
Bu ilki sentyabrda Amerika valyutası ilə əməliyyat həcmi 28,3% təşkil edib. Rusiya rublu ilə əməliyyat həcmi 28,4%-dək enib, avronun payı 15,9%-ə çatıb. Nağd ABŞ dolları ilə əməliyyat həcmi sentyabrda $947 mln olub. Bu, avqust göstəricisindən $87 mln və ya 8,4% azdır. Hesabat ayında bu valyutanın alınması 11,2% azalıb. 2011-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabrında Amerika valyutası ilə nağd mübadilə əməliyyatlarının ümumi dövriyyəsi $3214 mln və ya 58,7% artaraq $8691 mln olub.
Nağd avro ilə əməliyyat həcmi 9 ayda 1843 mln (müvafiq valyuta vahidi) olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 71% çoxdur. Sentyabrda əhalinin bu valyutanı alması 17,5 dəfə artaraq 155 mln-a çatıb.
Yanvar-sentyabrda Rusiya rublu və ingilis funt sterlinqi ilə nağd mübadilə əməliyyatlarının ümumi dövriyyəsi 6883 mln və 21,3 mln təşkil edib.
Nağd ABŞ dollarının manatla orta mübadilə məzənnəsi sentyabrda 2 bənd, 12 ayda 10 bənd azalıb və 1 USD üçün 0,7857 manat olub. --15B--
-
- İqtisadiyyat
- 21 Noyabr 2012 15:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz