Sentyabrda qiymətli kağızların birjadankənar dövriyyəsi 11,8% artıb
2013-cü ilin sentybarında Azərbaycanda korporativ qiymətli kağızların birjadankənar dövriyyəsi 1 374 238 manat olub. Bu, avqustdakından 11,8% çoxdur, deyə Bakı Fond Birjasının hesabatında bildirilir.
2012-ci ilin eyni dövrü ilə müqayisədə artım 5 dəfədən çoxdur.
BFB-nin analitik hesabatına əsasən, sentyabrda 183 739 ədəd qiymətli kağız alqı-satqı predmeti olub. Bu, onların avqustdakı dövriyyəsinin (410,4 min ədəd) 44,73%-dir.
Əqd həcminin əsas hissəsi (805,8 min və ya 58,5%) sənaye müəssisələrinin səhmləri ilə əqdlərdir. Maliyyə şirkətlərinin qiymətli kağızları ilə cüzi əməliyyat həcmi nəzərə alınmadan alqı-satqı predmetinin çoxu başqa fəaliyyət sahələrinə aid emitentlərin qiymətli kağızlarıdır – 107,1 min ədəd. Bu əqdlərin həcmi 567,4 min manat təşkil edib.
Bakı Fond Birjası normativ-hüquqi aktlara zidd olaraq konkret birjadankənar əqdlər barədə məlumat vermir. İnvestorlar bu və ya digər emitentin səhmlərinin birjadankənar bazarda dövriyyəsi barədə məlumatlandırılmır. Birjadankənar platformada daha böyük səhm paketləri, əsasən səhm nəzarət paketləri satılır. 08D
-
- Siyasət
- 4 Oktyabr 2013 15:41
-
- İqtisadiyyat
- 4 Oktyabr 2013 16:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz