Sumqayıt Dövlət Universitetinin tələbə və məzunlarına iş təklif edilib
Bu gün Sumqayıt Dövlət Universitetində «Karyerada ilk addım» devizi altında növbəti tədbir keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin dəstəyi ilə 6-ı dövlət, 25-i özəl sektor olmaqla ümumilikdə 31 müəssisə tərəfindən 216 boş (vakant) iş yeri təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsində Turan-a bildiriblər ki, hər il belə tədbirlər nəticəsində 600-700 gənc münasib iş yerləri ilə təmin olunur. Nazir müavini Natiq Məmmədov tədbirdə deyib ki, gənclərin malik olduqları qabiliyyət və bacarıqlarını cəmiyyətə təqdim edə bilməsi onların gələcək karyerasının inkişafı üçün vacib şərtlərdən biridir.
«Karyerada ilk addım» tədbiri 2007-ci ildən paytaxt və regiona ali məktəblərində keçirilir. Bu tədbirlərdə 2200 müəssisə 15 min boş iş yeri ilə iştirak edib və 2000 nəfər məzun və tələbə münasib işlə təmin olunub. 08D
-
- İqtisadiyyat
- 4 Oktyabr 2013 16:23
-
- Cəmiyyət
- 4 Oktyabr 2013 16:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz