Sərnişinlərin dəmir yolu nəqliyyatına marağı hər il azalır
Bu ilin 9 ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 1 891,7 min sərnişin daşınıb. Bu, 2012-ci ilin eyni dövründəkindən 7,7% azdır. Ötən il dəmir yolu nəqliyyatı ilə sərnişin daşımaları 22,7% azalmışdı.
“Azərbaycan Dəmir Yolları” QSC sərnişin daşımaları Departamentinin rəisi Elyar Muradov Turan-a bildirib ki, azalma elektrik qatarlarının azalması ilə bağlıdır. Daxili iqtiqamətlərdə Bakıdan sərnişin axını (Gəncə, Qazax, Ağstafa, Balakən və s.) sabit qalır. Beynəlxalq istiqamətlərdə 10% artım var. ADY təmsilçisi deyib ki, sərnişin daşımalarının azalmasına vaqon parkının köhnəlməsi də təsir edir.
2012-ci ildə ADY 2 668 min sərnişin daşıyıb, bunun 305 mini beynəlxalq (Moskva, Tümen, Rostov, Tbilisi) marşrutların payına düşür. 2007-2009-cu illərdə dəmir yolu nəqliyyatından ildə 6,4 mln sərnişin istifadə edib.
Bakı və Abşeronda elektrik qatarlarının xətləri 2009-cu ildə Nazirlər Kabinetinin qərarı ilə «iqtisadi səmərəsizlik» səbəbindən ləğv edilib. 08B
-
- Cəmiyyət
- 5 Noyabr 2013 12:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz