Sığorta şikayətlərinin şəffaf araşdırılması imkanı müzakirə edilib
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcbari Sığorta Komitəsi “Azərbaycan Respublikası sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planı” çərçivəsində təkliflər paketi hazırlayacaq.
Qurumun məlumatına deyilir ki, müzakirə iştirakçıları İclas iştirakçıları tərəfindən “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığortalar haqqında” qanunlara əlavə və dəyişikliklər edilməsi, sığorta şikayətlərinin açıq araşdırılması, avtomobil qəzaları ilə bağlı elektron arayışların alınması, kadr hazırlığının gücləndirilməsi məsələlərinə dair təkliflər və layihələr, habelə onların icra planlarını hazırlamağı qərara alıblar.
İclasda ASA rəhbərliyi ilə yanaşı, “PAŞA Sığorta”, “AXA MBASK”, “İpək Yolu Sığorta”, “Standard İnsurance”, “AtaSığorta”, “Atəşgah Sığorta”, “Alfa Sığorta”, “Azsığorta” və “Xalq Sığorta” şirkətlərinin nümayəndələri iştirak ediblər.
ASA 2006-cı ilin dekabrında yaradılıb. ASA-nın yaradılmasında əsas məqsəd Azərbaycanda sığorta bazarının inkişafını təmin etmək, həmçinin sığorta bazarının problem və perspektivlərinin müzakirəsi zamanı sığorta şirkətlərinin vahid cəbhədən çıxış etməsidir.. --17D—
-
- İqtisadiyyat
- 16 Mart 2015 14:32
-
- İqtisadiyyat
- 16 Mart 2015 15:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz