Sığortaçılar Maliyyə Bazarlarına Nəzarət Palatasına təklif edir ki, inhisarçılığıa göz yummasın
Sığorta şirkətlərinin çoxu bu sahədə inhisarçılıqdan narazıdır və Maliyyə Bazarlarına Nəzarət Palatasından tələb edirlər ki, bütün oyunçulara eyni yanaşsın. Dövlət Sığorta Nəzarəti Xidməti buna nail ola bilmədi.
Bu tələb sığortaçıların Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı ilə görüşündə səsləndirilib.
Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti hər zaman artım göstəricilərinə oriyentasiya olunub, amma maliyyə bazarında real vəziyyəti nəzərə almaq, prudensial nəzarət tətbiq etmək lazımdır. Bu, müntəzəm təftiş demək deyil, hesabatlılıqla həyatа keçirilməlidir.
Bundan başqa, görüşdə risklərin mühüm hissəsinin qarşısını almaq üçün dövlət təkrarsığorta şirkətinin yaradılması məsələsi qaldırılıb. Bu sığorta bazarına fayda verməklə yanaşı, manatın məzənnəsinin sabitliyinə də müsbət təsir edərdi --17D—
-
- İqtisadiyyat
- 16 May 2016 14:40
-
- İqtisadiyyat
- 16 May 2016 15:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz