SKMF Qazaxda prioritet kreditləşmə sahələrini müəyyən edib

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qazax rayonunda prioritet sahələr üzrə layihələrin qəbuluna başlayıb.   

Nazirliyin məlumatında deyilir ki, burada müasir çörək istehsalı müəssisəsinin, kiçik və ya orta həcmli üzümçülük təsərrüfatlarının və xalçaçılıq müəssisəsinin yaradılması üzrə layihələr qəbul ediləcək.

Bu gündən subyektlər müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.   

SKMF 1992-ci ildə yaradılıb. 2002-ci ildən fəal şəkildə kredit verməyə başlayıb. Kreditlər 38 müvəkkil bank və qeyri-bank kredit təşkilatı vasitəsilə verilir. 2012-ci ildə Fond 2400 layihəyə 218 mln manat güzəştli kreditlər verib. 2013-cü ildə SKMF xətti ilə sahibkarlığın güzəştli kreditləşməsinin həcmi 250 mln manata çatacaq. İlin əvvəlindən 3121investisiya layihəsinin maliyyələşməsinə 227,6 mln manat ayrılıb. --15D

 

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti