SOCAR 2015-ci ildə neft məhsullarının ixracını 2% artırıb
2015-ci ildə SOCAR dünya bazarına 1 mln. 226,212 min ton neft məhsulu ixrac edib ki, bu da 2014-cü ilin göstəricisindən 2,2% çoxdur.
SOCAR-ın mətbuat xidmətinin məlumatına görə, hesabat dövründə şirkət aşağıdakıları ixrac edib: dizel yanacağı – 965,788 min ton, aviasiya yanacağı – 236,532 min ton, odluq mazut – 0,28 min ton, yüksək təzyiqli polietilen - 8,598 min ton, mütləq izopropil spirti - 1,294 min ton, maye piroliz qatranı- 9,339 min ton, propilen - 1,981 min ton, butilen-butadien fraksiyası - 2,4 min ton.
SOCAR-ın məlumatına görə, dekabrda dünya bazarında etilləşdirilməmiş benzinin qiyməti bir tona görə $437,45, aviasiya benzini $362,95, dizel yanacağı $328,74, 1% kükürd tərkibli mazut $164,85 olub.
2014-cü ildə şirkət 1 mln. 99,543 min ton neft məhsulu ixrac edib.–12D--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz