SOCAR 2015-ci ildəki mənfəətini açıqlayıb
SOCAR-ın 2015-ci ildəki mənfəəti 3 mlrd 271 mln manat ($3,1 mlrd) təşkil edib, deyə şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Məmmədov CaspianOil&Gas2016 konfransındakı çıxışında bildirib.
Onun sözlərinə görə, 2015-ci ildə SOCAR-ın ziyanı 1 mlrd 43,5 mln manat təşkil edib. Amma aktivlərin xarici valyuta ilə yenidən zamanı məzənnə fərqi sayəsində 3,271 milyard manat həcmində gəlir əldə etmək mümkün olub (2014-cü ildə 3 mlrd 830 mln $4,9 mlrd).
2015-ci ildə SOCAR-ın aktivləri 39 mlrd 83 mln manat olub, deyə Qasımov bildirib.
O deyib ki, xərclərin optimallaşdırılması hesabına şirkət 2016-cı ildə 336,8 mln manata qənaət etməyi proqnozlaşdırır.
Qasımov deyib ki, neft və qazın hasilatının maya dəyəri 13% azalıb. Amma o, xammalın maya dəyərini açıqlamayıb. Amma SOCAR-ın 2014-cü il üçün hesabatında deyilir ki, 1 ton neftin maya dəyəri 91,63 manat, 1000 kubmetr qazın maya dəyəri 37,19 manat olub.–12С—
-
- İqtisadiyyat
- 4 İyun 2016 06:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz