- İqtisadiyyat
- 1 İyul 2015, 13:52
- 188
SOCAR-ın aktivləri 2014-cü ildə $1 mlrd artıb
2014-cü ildə SOCAR-ın aktivləri 24,07 mlrd olub. 2013-cü ildə bu göstərici 23,05 mlrd manat idi. Bu barədə SOCAR-ın ötən il üçün maliyyə hesabatında bildirilir. Hesabatının auditini Ernst&Young həyata keçirib.
Hesabata əsasən, cari aktivlər 7,8 mlrd manat, uzunmüddətli aktivlər 16,27 mlrd manat olub.
SOCAR-ın məcmu kapitalı 11,06 mlrd manat, 2013-cü ildə 10,23 mlrd manat təşkil edib. Nizamnamə kapitalı 1,5 mlrd manat olub. 2013-cü ildə bu göstərici 1,32 mlrd manat idi.
Pul vəsaiti və onun ekvivalentləri 1,49 mlrd manat (2013-cü ildə 1,21 mlrd manat), debitor borcu 4,7 mlrd manat (2013-cü ildə 5,3 mlrd manat) olub.
SOCAR şirkətinin əsas vəsaitləri 12,1 mlrd manat (2013-cü ildə 11,7 mlrd manat), birgə müəssisələrə investisiyalar 1,1 mlrd manat, SOCAR şirkətlər qrupunu daxil olan müəssisələrə investisiyalar 1,28 mlrd manat olub.—12D--
-
- İqtisadiyyat
- 1 İyul 2015 13:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz