- İqtisadiyyat
- 3 Noyabr 2015, 12:25
- 229
SOCAR-ın karbamid zavodunun işə düşməsi təxirə salınır
SOCAR Sumqayıtdakı karbamid zavodunu 2017-ci ilin sonu, 2018-ci ilin əvvəlində başa çatdırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev məlumat verib.
Əvvəllər məlumat verilmişdi ki, tikinti işləri 2016-cı ildə başa çatacaq. Sonra bu müddət 2017-ci ilə keçirildi.
O, əlavə edib ki, layihəyə Koreya bankı qısamüddətli kredit ayırıb.
“Bu layihəyə dövlət təminatlı kreditin də alınması üçün danışıqlar aparılır. Bu danışıqların ilin axırında başa çatdırılması gözlənilir".
Əvvəllər SOCAR vitse-prezidenti Süleyman Qasımova istinadən bildirilirdi ki, Samsung Engineering layihəni həyata keçirmək üçün Koreya ixrac-idxal banklarından 6 aylığa 150 mln avro cəlb edib.
Ilin sonuna kimi SOCAR bu sazişi uzunmüddətli kredit sazişinə çevirəcək, zamin isə Azərbaycanın Maliyyə Nazirliyi olacaq
Layihənin dəyəri (vergilər nəzərə alınmadan) 500 mln avro təşkil edir. –0--
-
- İqtisadiyyat
- 3 Noyabr 2015 12:27
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz