SOCAR-ın müəssisəsi özəlləşməyə çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi növbəti tender elan edərək SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin müəssisəsinin birini özəlləşməyə çıxarıb.
Bu, 2005-ci ildən şirkətin investorlara təklif edilən ilk qeyri-profil obyektidir. Buna qədər pul və çek hərraclarında şirkətin əsasən tikinti profilli bir neçə müəssisəsi satılıb.
İnvestorlara aprelin 4-də ölkə regionlarındakı kiçik müəssisə şəklindəki 10 obyektini almaq imkanı yaradılıb (https://goo.gl/qMNPKK). Onların arasında SOCAR-ın İmişlidəki yardımçı təsərrüfatı da var.
Yardımçı təsərrüfatın daşınmaz əmlakı 533 kv metr sahə tutur. O, 40 min manat qiymətləndirilib. Təsərrüfat 19 ha əkin sahəsi tutur. Sahə 460 min manata satışa çıxarılıb. Təsərrüfatın işçisi yoxdur.
Sumqayıt №1 stomatoloji poliklinikasının tibb heyəti və başqa işçiləri isə dövlətə azı 412 min manat ödəməlidir. Burada 85 nəfər işləyir. 08D
-
- Cəmiyyət
- 6 Mart 2017 16:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz