SOCAR Panamadan olan tərəfdaşı ilə Azərbaycanda ziyanla işləyir
“Ekol Muhəndislik Xidmətləri” QSC 2015-ci il üzrə maliyyə hesabatını (http://goo.gl/jo0GTd) açıqlayıb. Hesabata əsasən, şirkətin ziyanı 2014-cü illə müqayisədə 37% azalaraq 1,4 mln manat təşkil edib.
2015-ci ildə Azərbaycan ərazisində ekoloji xidmətlər üzrə gəlirlər 9,4 mln manat olub. Bu, əvvəlki ildəkindən 23% azdır. İl ərzində əməliyyat itkiləri 3 mln manata çatıb. Amma “AAS-Ekol” şirkətinin mənfəətində 1,5 mln manat iştirak payı hesabına konsolidə edilmiş ziyan yarıbayarı azalıb.
2014-2015-ci illərdə şirkətin bölünməmiş mənfəəti 11,2 mln-dan 7,5 mln manata düşüb. “Ekol Muhəndislik Xidmətləri” QSC 2006-cı ildə təsis edilib. Səhmdarları SOCAR – 51% və “Lancer Services S.A”-dır (Panama Respublikası) – 49%.“Lancer Services S.A”-nın təsisçiləri barədə heç nə məlum deyil. Bu barədə http://lancer-sa.com/ korporativ saytda da heç nə deyilmir. Bu resursdan məlumdur ki, o yalnız Azərbaycanda işləyir. Şirkətin Panama registrində də (http://www.panamaregistry.org/lancer-services-s-a) onlar barədə məlumat yoxdur.
Bu yaxınlarda araşdırmaçı jurnalistlərin beynəlxalq şəbəkəsi səs-küylü Panama Papers adı ilə Panamadakı ofşor şirkətlər barədə sənədlər açıqlayıb. Hələlik “Lancer Services S.A”-nın adı orda yoxdur. 08D
-
- Cəmiyyət
- 13 May 2016 22:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz