SOCAR Türkiyə NEZ-də Rusiya neftini emal edəcək
Bu gün “Rosneft” və “Socar Turkey Enerji” (Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədə törəmə şirkəti) şirkətləri neft və neft məhsullarının nəqlinin əsas şərtlərinə dair saziş imzalayıblar. Bu barədə Rusiya şirkətinin məlumatında deyilir.
Saziş İstanbulda keçirilən Ümumdünya Enerji Konfransı çərçivəsində imzalanıb.
Müqaviləyə əsasən tərəflər Star yeni neft emalı zavodu çərçivəsində əməkdaşlıq potensialını öyrənəcəklər. Socar Turkey Enerji-nin inşa etdiyi zavodun gücü 10 mln. tona yaxındır.
Məhsulların nomenklaturası, həmçinin daşınmanın həcmi və müddəti hüquqi sənədlər çərçivəsində müəyyən ediləcək. Tərəflər həmin sənədləri ortamüddətli perspektivdə imzalamağı planlaşdırırlar.
Ortamüddətli perspektivdə “Rosneft” və Socar Turkey Enerji nəqlin həcmi və müddətinə dair müqavilələr imzalamağı planlaşdırırlar.
Türkiyə sırf neft idxalçısıdır (2015-ci ildə neftin idxalı ölkə NEZ tərəfindən tələbatın artması hesabına əvvəlki ilə görə 43% artaraq 251 mln. ton təşkil edib).--12В--
-
- İqtisadiyyat
- 10 Oktyabr 2016 18:20
-
- Cəmiyyət
- 10 Oktyabr 2016 20:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz