Sosial mənzillərin tikintisi üçün 11,6 ha torpaq ayrılıb
Nazirlər Kabinetinin qərarı ilə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yanında “MİDA” MMC-nin sərəncamına Bakı şəhəri Yasamal rayonunda 11,7 ha torpaq sahəsi verilib. Ərazi Bakının Xarici Dairəvi Avtomobil yolunun kənarında yerləşir. Burda Azərbaycanda ilk sosial mənzillər tikiləcək. Bu barədə KİV-lər məlumar verir.
Bu ərazidə 5 hektara yaxın yaşıllıq zona mövcuddur. 2000-ə yaxın mənzil olacaq binaların tikintisi planlaşdırılır. Yaşayış massivində sosial infrastruktur obyektləri də tikiləcək.
Podratçının müəyyən edilməsi üçün tender prosedurunun keçirilməsi barədə məlumat verilmir.
Bu günlərdə MİDA təhsil sahəsində çalışanların sosail mənzilə tələbatı mövzusunda sorğunun keçirildiyini elan edib. 08D
-
- İqtisadiyyat
- 1 Avqust 2016 16:31
-
- Cəmiyyət
- 1 Avqust 2016 16:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz