Sosial reabilitasiya mərkəzlərinin tikintisi genişlənir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilin sonuna kimi aztəminatlı vətəndaşlar üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzi və yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq istismara verəcək. Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində həmçinin Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi tikiləcək, - deyə ƏƏSMN məlumat verir.
Bundan başqa, Qobustan rayonunda Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi inşa olunur.
İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq çətin həyat şəraitinə düşmüş uşaqların müvəqqəti yaşayış yeri, sosial, psixoloji və digər xidmətlərlə, hüquqi yardımla təmin edilməsi məqsədinə xidmət edir.
Nazirliyin məlumatına görə, ölkənin ayrı-ayrı regionlarında - Gəncə, Ağcabədi, Quba, Masallı, Şəki, Tovuz, İsmayıllı və Salyan rayonlarında da belə obyektlərin yaradılmasını nəzərdə tutulur. İxtisaslaşmış Reabilitasiya Mərkəzləri 30 yerlik, Sosial Sığınacaqlar 25 yerlik olacaq.
Bu ilin I rübündə Sabunçu rayonunda çətin həyat şəraitinə düşmüş uşaqlar üçün Reabilitasiya Mərkəzi istismara verilib. --17D—
-
- Sual-cavab
- 8 Avqust 2014 13:30
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz