«Standart» Bankın əmanətçilərinə 195 milyon 423 min manat kompensasiya verilib
Əmanətlərin Sığortalanması Fondu “Standart” Bankın
əmanətçilərinə 195 mln. 423 min manat həcmində kompensasiya verib. Bu barədə Fondun məlumatında bildirilir.
Turan xəbər verir ki, bağlanmış 10 bankın əmanətçilərinə ümumilikdə 460 mln. 889 min manat həcmində kompensasiya ödənilib.
“Standart” Bankda əhalinin əmanətləri 603 mln. manat təşkil edir. Bunun 460 mln. manatı kompensasiya ediləndir.
Əmanətlər qoyulduğu valyuta ilə qaytarılır. Əgər bir şəxsin bir neçə valyutada əmanəti varsa kompensasiya manatla verilir. Xarici valyuta manatın oktyabrın 4-nə (“Standart” Bankın lisenziyasının ləğv edildiyi gün) olan məzənnəsi ilə hesablanır.
Əmanətçilər kompensasiya üçün 2017-ci ilin oktyabrına kimi müraciət edə bilər.71D
-
- Siyasət
- 19 Oktyabr 2016 12:11
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz