Şüvəlanda sahil ərazisi zibildən təmizlənəcək
Sentyabırın 22-də Bakıda Beynəlxalq Sahilyanı Təmizlik Aksiyasının 27-ci ildönümünə həsr olunmuş ekoloji təşəbbüs keçiriləcək. Coca-Cola şirkəti tərəfindən dəstəklənən həmin aksiya çərçivəsində Şüvəlan sahili zibil və tullantılardan təmizlənəcək.
Bu təşəbbüs, könüllülər, bir sıra dövlət və qeyri dövlət təşkilatları – Milli Olimpiya Komitəsi, Azərbaycan Diplomatik Akademiyası, AMEC, “Green Baku” Klubu, “Təbiətin Dostları Klubu” tərəfindən keçiriləcək.
Beynəlxalq Sahilyanı Təmizlik Günü sahillərin, daxili suların və okeanların məişət tullantıları və zibildən təmizlənməsi məqsədi ilə keçiriliən, dünyanın ən böyük birgünlük könüllülük təşəbbüsüdür.
Bu təşəbbüsü şərh edən Coca-Cola şirkətinin market meneceri Qabil Əhmədov deyib: “Biz hər kəsi bu aksiyada iştirak etməyə və Xəzər sahilində təmizliyin qorunmasına yardım etməyə çağırırıq”.
Tədbir sentyabırın “Zibili götür. Təmizlə. Fərqi Gör!” şüarı altında keçiriləcək.
Coca-Cola şirkəti bütün iştirakçıları nəqliyyatla, üzərilərində loqotip olan köynəklərlə, soyuq içki ilə, naharla və təmizlik üçün lazımi avadanlıqla təmin edəcək.
Azərbaycanda “Azerbaijan Coca-Cola Bottlers Limited” şirkəti 1994-cü ildə qurulub. İstehsal gücü ildə 20 mln dekalitrdir. Bu günə qədər şirkət Azərbaycana 100 milyon dollar səramyə qoyub. 08D
-
- Söz istəyirəm
- 13 Sentyabr 2012 16:53
-
- Cəmiyyət
- 13 Sentyabr 2012 17:08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz