Tam kapitallaşmamış bankların sistemin ümumi kapitallaşmasında payı 0,2%- düşüb
Azərbaycanın 43 bankından 2-nin məcmu kapitalı 2013-cü il noyabrın yekunu üçün minimal tələb olan 10 mln manatdan az olub. Mərkəzi Bankın məlumatına görə, hesabat ayında iki bankın məcmu kapitalı 3,5-5 mln manat, onların bank sisteminin kapitallaşmasında xüsusi çəkisi 0,1% azalaraq 0,2% olub. Ayın sonu üçün ölkədə 3,5 mln manatdan az və 5-10 mln manat kapitalı olan bank qalmayıb.
Məcmu kapitalı 10 mln manatdan çox olan bankların sayı noyabrda 41 olub. Ümumi kapitalda onların payı 99,8% təşkil edib.
2007-ci ilin iyulundan bankların məcmu kapitalına minimal tələb 10 mln manatdır.
AMB-nin bu yaxınlarda qəbul etdiyi qərara əsasən, 1 yanvar 2014-cü ildən bu göstərici 50 mln manat olacaq. Amma bu tələb maliyyə sabitliyi mülahizələrindən bir il təxirə salınıb. --15B--
-
- İqtisadiyyat
- 14 Yanvar 2014 15:33
-
- Siyasət
- 14 Yanvar 2014 15:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz