Bakı mərhələli şəkildə avtobuslarda plastik kartlarla ödəniş keçir
Yanvarın 13-dən Bakıda avtobuslarda plastik kartlarla ödənişə keçilir. Sərnişinlər bundan həmin gün xəbər tutub, ilkin məsləhətləşmə aparılmayıb. Nəqliyyat Nazirliyi sonuncu dəfə 2013-cü ilin sentyabrında bu keçidin anonsunu verib. Halbuki bu, 2011-ci ilin əvvəlində baş verməli idi.
Yeni sistem hələlik 10 və 95 marşrut avtobuslarında tətbiq edilib. Fevralın sonu üçün kart sistemi 36 marşrutda tətbiq ediləcək. Onların 650 avtobusu var. Yeni sistemə kçeid ilin sonuna başa çatacaq. Bakıda 217 avtobus marşrutu var. Hər gün xəttə 2800 avtobus çıxır. Onların 1000-də verifikator quraşdırılıb.
Avtobuslarda kart sisteminin yeganə operatoru “Bank of Azerbaijan” ASC-dir. 450 minə yaxın kart artıq hazırdır. 1 milyona yaxın kart isə sifariş edilib. Operator seçimini Nəqliyyat Nazirliyi tendersiz keçirir.
Kartları “Bank of Azerbaijan” ASC-nın satış nöqtələrindən, “Yolkart” loqosu ilə təchiz olunan ticarət obyektlərindən 2 manata almaq olar. Nəqliyyat kartının alınması zaman ictimai nəqliyyat istifadəçisi ilk dəfə 2 manat kartın alınması üçün və 1 manat nəqliyyatda gediş haqlarının ödənilməsi üçün ödəməlidir. Sığorta depoziti üçün ödənilmiş məbləğ İstifadəçiyə kartı geri qaytardığı zaman geri ödənilir. Kartlardan metroda da istifad etmək olar..
Daha ətraflı məlumatı http://www.yolkart.az/ və ya http://www.transportcard.az/saytlarından əldə etmək olar. 08D
-
- Cəmiyyət
- 14 Yanvar 2014 15:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz