Tarif Şurası 600-dan çşox preparatın qiymətini müəyyən edib
Cümə axşaı Tarif Şurasının növbəti iclası keçirilib. Toplantıda daha 600-dən çox dərman vasitəsinin qiyməti təsdiqlənib.
İclasda yeni təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulu elan olunub və sənədlərin qəbulu üçün fevralın 22-i son tarix olaraq göstərilib.
Qərarlar və dərman vasitələrinin siyahısı Tarif Şurasının rəsmi internet saytında yerləşdirilib.
Şura qiyməti tənzimlənən 5651 dərman vasitəsinin topdan və pərakəndə satış qiymətini tənzimləməlidir. Bunlardan 3711 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır. 1940 dərman vasitəsinin yeni qiymətləri bu il fevralın 25dən qüvvəyə minəcək.
Tarif Şurasının qərarlarına əsasən, hər qrup təsiredici maddə üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid, lakin qiymətləri hələlik təsdiqləınməmiş dərman vasitələrinin satışı yalnız qiyməti təsdiq edildikdən sonra mümükn ola bilər. -0-
-
- Siyasət
- 4 Fevral 2016 18:51
-
- İqtisadiyyat
- 5 Fevral 2016 11:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz