Tarif Şurası avtobuslarda tariflərlə bağlı məsələyə aydınlıq gətirib
Tarif Şurası ictimai avtomobil nəqliyyatında gediş haqqının qaldırılması barədə şayiələrə aydınlıq gətirib.
«Hazırda Tarif Şurasında sərnişindaşıma xidmətlərinin tariflərinə baxılması məsələsi müzakirə olunmur və bu sahədə tarif dəyişikliyinin aparılması Şuranın gündəmində deyildir” deyə sənəddə bildirilir.
Bu il mayın 1-dən avtomobil nəqliyyatında sərnişin daşımaları tarifləri yeni qaydalarla tənzimlənir və onların dəyişilməsi nəzərdə tutulmur.
Bakı və başqa şəhərdaxili marşrutlarda minimal tarif 20 qəpikdir. Şəhərətrafı və qəsəbələrarası marşrutlarda gediş haqqı 80-dək artır. Şəhərlərarası avtobuslarda 1 km üçün gediş haqqı 1,6 qəpikdir. 08D
-
- Cəmiyyət
- 6 May 2013 14:34
-
- Sual-cavab
- 6 May 2013 15:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz