- İqtisadiyyat
- 19 İyul 2013, 15:40
- 212
TBC Kreditin mikrokreditləşmə portfelində problemli kreditlər 1,11 faiz bəndi artıb
"TBC Kredit" qeyri-bank kredit təşkilatının aktiv kredit portfeli bu ilin yanvar-aprelində $621 min və ya 1,7% genişlənərək $37,11 mln-a çatıb. Hesabat dövründə mikrokreditləşmə $0,96 mln və ya 11,5% artaraq $9,29 mln olub.
Cəmiyyətin aktivləri $1,24 mln və ya 3,3% artaraq $39,31 mln olub. Müştəri bazası genişlənərək 3,72 min nəfərə çatıb.
Problemli kreditlərin payı 0,86 f.b. artaraq 1,43%-ə, mikrokreditləşmədə 1,11 f.b. artaraq 1,29%-ə çatıb.
Fəaliyyəti dövründə təşkilat $136,081 mln kredit, o cümlədən $29,366 mln mikrokredit verib.
"TBC Kredit" 10 ilə kimi kredit verir. Kredit məbləği 300-200 000 manatdır. Faiz dərəcəsi 18-dən başlayır.
Təşkilat 2000-ci ildən fəaliyyət göstərir. Səhmdarları "TBC Bank" (75%) "ShoreBank International"dır (25%). Təşkilat biznes, ipoteka, istehlak və mikro kreditlər verir.
-
- İqtisadiyyat
- 19 İyul 2013 15:27
-
- İqtisadiyyat
- 19 İyul 2013 15:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz