Telman İsmayılov $135 mln itirəcək
Əgər London Arbitraj Məhkəməsi “Manqazeya” qrupunun sahibi Sergey Yançukovun iddiasını təmin etsə, Telman İsmayılov $135 mln itirəcək. Proses avqustda olacaq.
2010-cu ilin sentyabrında və 2011-ci ilin fevralında Kiprdə qeydiyyatdan keçən və Telman İsmayılova məxsus “Tandum” şirkəti “Sezaria Ltd.” ilə iki il müddətinə illik faiz dərəcəsi 10% olmaqla, ümumi məbləği 100 milyon $ təşkil edəcək kreditin alınması məqsədilə müqavilə imzalayıb. Bundan sonra kreditin ödəmə müddəti artırılmış və son gün olaraq 1 sentyabr 2013-cü il müəyyənləşdirilib. Borc 2 iyul 2014-cü ilə kimi ödənilməyib və Nikosiya məhkəməsi Telman İsmayılova məxsus əmlak və pul vəsaitlərinin özgəninkiləşdirilməsi barədə qərar verib. Qərar Kipr və kənardakı aktivləri əhatə edir. Məhkəmənin qərarına əsasən, məhkəmə qərarına əməl etməsə, biznesmenin özü də həbs edilə bilər. Hakim onun Kiprdəki aktivlərini dondurub.
London Arbitraj Məhkəməsi işi icraata götürəndən sonra iddiaçının təmsilçiləri həbs qoyulması tələbi ilə İsmayılovun aktivləri olan başqa ölkələrin məhkəmələrinə də müraciət edə bilərlər. “Sezaria”nın iddiası təmin edilsə, Telman İsmayılovun əmlakı satışa çıxarıla bilər. --17D—
-
- Cəmiyyət
- 22 İyul 2014 13:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz