Tikinti materiallarının istehsalı 13,7% artıb
Bu ilin 8 ayında Azərbaycanda ümumi məbləği 312 mln. manat həcmində qeyri-filiz mənşəli tikinti materialı istehsal edilib ki, bu da 2014-cü ilin göstəricisindən 13,7% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Sözügeden müddətdə sement istehsalı 1 mln. 828,3 min ton təşkil edib ki, bunun da 200 min tonu avqustun payına düşür. İstehsal həcmi 15,1% artıb.
Həmçinin şüşə lifindən iplik (566,6 ton +3,1 dəfə), tikinti gipsi (127,4 min ton +2%), tikinti əhəngi (11,5 min ton +52,8%), sement əsaslı süni daşlar və kərpic (100 min ton +85,5%) istehsalı artıb.
Eyni zamanda asfalt, beton və kərpic istehsalı müvafiq olaraq 8,7%, 40,3% və 0,3% azalıb. 08D
-
- Siyasət
- 18 Sentyabr 2015 12:23
-
- İqtisadiyyat
- 18 Sentyabr 2015 13:02
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz