Tikinti şüşəsini gömrükdə iki dəfə baha sənədləşdirməyə başlayıblar
Bu ilin ilk rübündə Azərbaycana ümumi məbləği $12,3 mln olan tikinti şüşəsi idxal edilib. Onların idxal həcmi ilə bağlı məlumatların təhlili göstərir ki, tələbatla bağlı idxal tempi əvvəlki kimi qalır, ancaq gömrükdə qiymətlər ötən ilkindən xeyli baha göstərilir.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bütün 2014-cü il ərzində xaricdən $15,6 mln-luq tikinti şüşəsi alınıb.
Əgər ötən il çoxqatlı izolyasiyalı şüşə Azərbaycan gömrüyündə orta hesabla 49,2$/m2 qiymətə sənədləşdirilirdisə, bu il 116,1$/m2-a bəyan edilir.
Bu ilin ilk rübündə şüşə idxalının üçdə bir hissəsi ($4,4 mln) Türkiyənin payına düşür.
Azərbaycanda şüşə istehsal edilmir. Ötən il Sumqayıt Kimya-Sənaye Parkının rezidenti statusunu “AzerFloat” MMC alıb. Şirkət “HORN Glass Industries AG” (Almaniya) texnologiyası əsasında ildə 8 mln m2 şüşə təbəqə istehsal etməyi planlaşdırır. 08B
-
- Siyasət
- 6 İyun 2015 14:56
-
- İqtisadiyyat
- 6 İyun 2015 19:33
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz