Torpaq və Xəritəçəkmə Komitəsinin 2014-cü il üçün biznes planı
Torpaq və Xəritəçəkmə Komitəsinin 2014-cü il üçün biznes planını hazırlamaq məqsədilə məsləhətçi yenidən seçiləcək.
Əmlak Məsələləri Dövlət Komitəsi məlumat verir ki, məsləhətçi seçimi DB-nin maliyyələşdirdiyi "Daşınmaz əmlakınkadastr və qeydiyyatı" layihəsi çərçivəsində həyata keçirilir. Layihəyə əsasən, onun məqsədlərindən biri Torpaq və Xəritəçəkmə Komitəsinin 2014-cü il üçün biznes planının hazırlanmasıdır.
Müsabiqədə iştirak etmək istəyənlər 12 avqust 2013-cü ilə kimi müraciət etməlidir.
2007-ci ilin martında DB Direktorlar Şurası "Daşınmaz əmlakın kadastr və qeydiyyatı" layihəsi çərçivəsində Azərbaycana $30 mln kredit ayırmışdı. Layihədə məqsəd daşınmaz əmlakın etibarlı və şəffaf qeydiyyatının aparılmasıdır. Azərbaycan hökuməti layihəyə $8 mln ayıracaq.
Layihə 4 komponentdən ibarətdir: daşınmaz əmlakın qeydiyyatı, dövlət mülkiyyətinin idarə edilməsinin yaxşılaşdırılması, geodeziya yeniliklərinin tətbiqi. Dördüncü komponent treninqlərin keçirilməsidir. --17D—
-
- İqtisadiyyat
- 18 İyul 2013 16:58
-
- Siyasət
- 18 İyul 2013 17:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz