Tranzit yüklərin daşınması tarifləri 40% ucuzlaşır
Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası noyabrın 2-də Qazaxıstan və Türkmənistan limanlarına istiqamətlənmiş iritonnajlı yük avtonəqliyyat vasitələri üçün tranzit gediş-gəliş xərclərini təqribən 40% aşağı salıb.
İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına görə, bu, tranzit prosedurlarının sadələşdirilməsi və xidmət haqlarının aşağı salınması hesabına mümkün olub. Eyni zamanda, Bakı-Aktau-Bakı istiqamətləri üzrə dəniz yolu ilə daşıma trarifləri 20%-dək aşağı salınıb. Tranzit yükdaşımalara yenidən baxılmasının başqa detalları barədə məlumat verilmir.
Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tranzit yük daşınması iştirakçılarını "Demirchi Tower"dəki ofisinə dəvət edir. Bu ilin avqustunda 82 konteynerdən ibarət ilk qatar olan «Nomad Ekspress» Transxəzər beynəlxalq nəqliyyyat dəhlizi ilə Çindən Avropaya yola düşüb. Konteynerlərin Çindən Ələtə çatdırılması 6 gün çəkib.
«Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» noyabrda Çuntsin (Çin), Kiyev, İstanbul və Klaypedada (Litva) Transxəzər beynəlxalq nəqliyyyat dəhlizinin təqdimatını keçirib. “Azərbaycan Dəmir Yolları” QSC-nin Cavid Qurbanov başda olmaqla nümayəndə heyəti isə noyabrın sonunda Pekinə səfəri zamanı Avropaya yük daşınmasında bu marşrutdan istifadə imkanlarını müzakirə edib. 08D
-
- Cəmiyyət
- 3 Dekabr 2015 11:07
-
- İqtisadiyyat
- 3 Dekabr 2015 12:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz