TuranBank-ın aktivləri 21,02% artıb
2013-cü il sentyabrın 1-i üçün TuranBank-ın aktivləri 2012-ci ilin analoji dövrü ilə müqayisədə 21,02%, ilin əvvəli ilə müqayisədə isə 9,23% artaraq 237,111 mln manat təşkil edib.
Bankdan verilən məlumata görə, hesabat tarixinə bankın kredit portfeli 2013-cü ilin əvvəli ilə müqayisədə 12,35%, 2012-ci ilin analoji dövrü ilə müqayisədə isə 21,51% artaraq 181,2 mln manat təşkil edib.
Yanvar-avqust ayları üzrə bankın müştəri hesabları və depozit portfeli 2012-ci ilin analoji dövrü ilə müqayisədə 10,19% artaraq 107,827 mln manat təşkil edib.
Depozit portfelinin strukturunda müddətli əmanətlər 2012-ci ilin analoji dövrü ilə müqayisədə 27,9% artaraq 65,325 mln manat olub.
1 sentyabr 2013-cü il tarixinə bankın nizamnamə kapitalı 40 mln manat təşkil etməklə ilin əvvəli ilə müqayisədə 33,3%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 68,1% artımla müşahidə olunub. Hesabat dövründə bankın məcmu kapitalı ilin əvvəli ilə müqayisədə 39,7%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 64,23% artaraq 44,506 mln. manat təşkil edib.
Bankın nizamnamə kapitalı strukturu ümumilikdə 27 səhmdar olmaqla - 5 hüquqi (23,84%) və 22 fiziki şəxsdən (76,16%) ibarətdir.
2013-cü ilin yanvar-avqust ayları üzrə fəaliyyət nəticələrinə əsasən bankın gəlirləri 17,792 mln manat, xərcləri isə 14,178 mln. manat təşkil edib. Hesabat dövrü ərzində bankın balans mənfəəti 3,614 mln manat olub.—15D--
-
- İqtisadiyyat
- 9 Sentyabr 2013 15:10
-
- Cəmiyyət
- 9 Sentyabr 2013 15:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz