KPMG Bank Technique-nın 2013-cü ilin I yarısı üçün auditini başa çatdırıb
KPMG beynəlxalq audit şirkəti “Bank Technique” ASC-nin bu ilin ilk yarım ili üçün audit hesabatını hazırlayıb.
Auditə əsasən, 2013-cü il iyulun 1-nə bankın vergilər ödənilənədək mənfəəti 18,574 mln. manat olub. Qeyd edilir ki, 2012-ci ilin analoji dövründə bu göstərici 2,910 mln. manat olub, ötən ilin illik mənfəəti isə 5,196 mln. manat təşkil edib.
Məlumata görə, bu ilin 6 ayı ərzində bankda fiziki şəxslərin əmanətləri 36,931 mln. manat və ya 33,6% artaraq 146,945 mln. manat təçkil edib.
Audit hesabatında deyilir ki, bankın məcmu kapitalı 23,159 mln. manat və ya 76,8% artaraq 53,345 mln. manata çatdırılıb. Bu müddət ərzində bankın nizamnamə kapitalı 75,1 mln. manata çatdırılıb.
KPMG şirkətinin hesabatı Bank Technique-nın saytında yerləşdirilib. Bank Technique ASC 1994-cü ildə yaradılıb. --15D--
-
- İqtisadiyyat
- 9 Sentyabr 2013 15:00
-
- İqtisadiyyat
- 9 Sentyabr 2013 15:11
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz