TuranBank-ın hesabatı
2015-ci ildə «TuranBank»ın aktivləri 536,2 mln manat (il ərzində +63%) olub.
Bankın məlumatında deyilir ki, ötən il depozitləri 216,7 mln manat (+71%), o cümlədən əhalinin əmanətləri 181,1 mln manat (+83,9%) təşkil edib.
Kredit portfeli +29,3% artaraq 290,5 mln manata çatıb.
Xüsusi kapital 3,4% azalaraq 53,2 mln manat, nizamnamə kapitalı 6,4% artaraq 50 mln 2,5 min manat olub.
Bankın xalis mənfəəti 54 min manat təşkil edib.
«TuranBank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Səhmdarları 20-dən çox hüquqi və fiziki şəxsdir. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz