Türkiyə Türkmənistanda yeni liman inşa edəcək
Cümə günü Türkmənbaşı şəhərində Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedovla Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın görüşü olub. Görüş başa çatdıqdan sonra tərəflər yeni Türkmənbaşı beynəlxalq dəniz limanının təməl qoyuluşunda iştirak ediblər.
Türkmənistan KİV-nin məlumatına görə, iki ölkə lideri öz çıxışında qeyd ediblər ki, Xəzərdə yeni liman Asiya və Avropa ölkələri arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə imkan verəcək müasir, nəqliyyat infrastrukturunun mühüm halqası olacaq.
Yeni liman layihəsi bərə, sərnişin və konteyner terminallarının inşasını nəzərdə tutur. Kompleksə ümumi yük terminalı, dənəvər yüklər üçün terminal, həmçinin gəmilərin inşası və təmiri zavodu daxil olacaq. Liman xəttinin ümumi uzunluğu 3 min 607 metr olacaq.
Tikintinin müddəti 48 aydır. Tikinti üzrə tenderin qalibi Türkyənin “Gap Inşaat” şirkətidir. Layihənin dəyəri açıqlanmır.-02D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz