Türkiyə vətəndaşı gizli yolla 347 mobil telefon gətirmək istəyib
İstanbul-Bakı aviareysinin sərnişini Türkiyə Respublikasının vətəndaşı Hüseyin Ünlü gömrük əməkdaşları tərəfindən saxlanılıb və əl çantasından 160 ədəd, bel çantasından isə 187 ədəd “Nokia” markalı mobil telefonlar aşkar edilib..
Dövlət Gömrük Komitəsinin məlumatına görə, istintaq zamanı Ünlü deyib ki, telefonları Çindən Türkiyə Respublikasına satış məqsədilə gətirib, lakin İstanbulda həmin mallar ölkə ərazisinə buraxılmayıb. Ona görə mobil telefonları bir müddət sonra Çin Xalq Respublikasına aparmaq niyyətindədir. Bakıya necə gəlməsi barədə məlumatda heç nə bildirilmir.
2012-ci ildə vətəndaşlardan ölkəyə gizli yolla keçirilməyə cəhd edilən 13 322 mobil telefon tutulub.
Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsində Turan-a deyiblər ki, əgər malın qanunsuz keçirilməsi təsdiqlənərsə, müqəssir malın 30-100%-i məbləğində cərimə ediləcək. Malın qiyməti 4000 manatı keçərsə, cinayət işi qaldırılır və iş istintaq orqanlarına, oradan isə məhkəməyə göndərilir. Təqsir sübut edilərsə, mal dövlətin xeyrinə müsadirə edilir. 08B
-
- İqtisadiyyat
- 5 Aprel 2013 16:08
-
- Siyasət
- 5 Aprel 2013 16:32
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz