Tütün məmulatı istehsalı 2 dəfə artıb
Bu ilin 10 ayında Azərbaycanda 1 mlrd 657,8 mln ədəd siqaret istehsal edilib. Bu, 2013-cü ilin eyni dövründəkindən 2,4 dəfə çoxdur. “European Tobacco-Baku” ASC istehsal göstəricilərini yaxşılaşdırıb.
Dövlətstatkoma görə, bu ilin yanvar-oktyabrında tütün məmulatı istehsalı həcmi 20 mln 850,8 min ədəd olub. Bu, ötən ilin eyni dövründəkindən iki dəfə çoxdur. İstehsalın bir hissəsi Naxçıvandakı “Cahan Tobacco” MMC-nin payına düşür.
İstehsalçılar mühasibat sənədlərində bir qutu siqareti 25 qəpikdən sənədləşdirir, amma pərakəndə satışda bir qutu yerli siqaret ən azı 60 qəpikdir (ƏDV nəzərə alınmaqla).
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin I yarısında 300 mln qutu siqaret idxal edilib. Onlar orta hesabla 56 sentə bəyan edilir. Pərakəndə satışda bir qutu xarici siqaret azı 1,2 manatdır.
İdxal edilən siqaretlərin çoxu MDB-dən daxil olur. Məsələn, bu ilin I yarısında uzaq xaricdən 429,1 mln ədəd siqaret (21,4 mln qutu) gətirilib. Onların ümumi qiyməti $15,6 mln-dır. 08B
-
- İqtisadiyyat
- 18 Noyabr 2014 11:14
-
- Siyasət
- 18 Noyabr 2014 11:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz