Uorli Parsons TANAP inşaatı üzrə tenderi qazanır
Avstraliyanın Uorli Parsons şirkəti 11,7 mlrd. dollar dəyərindəki Türkiyə və Yunanıstandan keçəcək Trans Anadolu qaz kəməri layihəsinin tikintisi müqaviləsinin qalibi olub.
Şirkət avadanlıq tədarükü və inşaatın idarə edilməsini nəzərdə tutan beşillik layihəni qazanıb.
İşlərə layihənin idarə edilməsi, əlaqələndirmə, planlaşdırma, layihələndirmə, mühəndislik işləri, inşaatın idarə edilməsi, müqavilələrin bağlanması, alışlar, nəzarət və digər xidmətlər daxildir.
Boru kəməri Xəzər qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin Yunanıstanla qərb sərhədinə qədər çatdırılması məqsədilə işlənib hazırlanıb.
Uorli Parsons layihənin dəyərini açıqlamır, amma xərclərin “mürəkkəb texnoloji layihələrdən xeyli aşağı” olacağını bildirib.
Amerikanın Bechtel şirkəti və onun yerli tərəfdaşı Enka boru kəmərinin texniki planlarının hazırlığını başa çatdırmaq üzrədir.
TANAP-ın inkişafında pay iştirakı aşağıdakı kimidir: SOCAR – 68%, TPAO – 20% və BP – 12%. Xəbəri upstreamonline.com saytı yayıb. - 12D-
-
- Siyasət
- 19 May 2014 14:49
-
- İqtisadiyyat
- 19 May 2014 16:08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz