Minik avtomibillərinin istehsalı 3,3 dəfə artıb
Bir sıra imtiyazlı şəxslərin minik avtomibilləri ilə pulsuz təmin edilməsi haqqında hökumətin qərarı istehsal artımı ilə nəticələnib. İlin əvvəlindən 710 minik avtomibili yığılıb. Bu, ötən ilin eyni dövründəkindən 3,3 dəfə çoxdur. Naxçıvan Avtomobil Zavodu dövlət sifarişi ilə işləyir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu il mayın 14-ü üçün 675 Qarabağ müharibəsi və 20 Yanvar əlilindən artıq 500 nəfəri avtomobillə təmin edilib. 2013-cü ilin dekabrında dövlət büdcəsindən 5 mln manat ayrılıb. Proses bu ayın sonunda başa çatır.
Bu il Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin dövlət tərəfindən pulsuz verilən xüsusi avtonəqliyyatla tam təmin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 3,5 milyon manat ayrılıb. .
Nazirliyin məlumatına görə, növbədə 900 nəfər var.
Naxçıvan Avtomobil Zavodu 2008-2010-cu illərdə tikilib. Burda “CHONG QING LIFAN INDUSTRY (GROUP) IMP. & EXP. CO., LTD”. (ÇXR) korporasiyasının avtomobilləri yığılır. Zavod ildə 5000 ədəd avtomobil istehsal etmək gücünə malikdir. 2011-2014-cü illərdə “NAZ-Lifan” markalı avtomobil buraxılıb. 2013-cü ildə 424 avtomobil yığılıb. Bu, 2012-ci ildəkindən 21,8% azdır. Müəssisədə 50 nəfər çalışır. 08B
-
- İqtisadiyyat
- 19 May 2014 15:49
-
- İqtisadiyyat
- 19 May 2014 16:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz