«Aqrolizinq» ASC-nin aktivləri 450 mln manata çatıb
«Aqrolizinq» ASC-nin aktivləri 443 mln. 312,12 min manata (2013-cü ildə +25,5%) çatıb.
Ötən il üçün hesabatda deyilir ki (http://agrolizing.gov.az/upload/2.pdf), qısamüddətli aktivlər 2013-cü ildə 40,3% artaraq 148 mln 790,06 min manat, uzunmüddətlilər 19,2% artaraq 294 mln 522,06 min manat olub.
İlin əvvəli üçün cəmiyyətin öhdəlikləri 294 mln 418,17 min manat (+22,1%) təşkil edib.
2013-cü ildə cəmiyyətin aktivləri 32,9% artaraq 148 mln 893,96 min manat, əməliyyat gəlirləri 87 mln 57,173 min manat (mənfi 7,5%) olub.
Cəmiyyətin xalis ziyanı 2 mln 144,56 min manat təşkil edib.
2005-ci ildən fəaliyyət göstərən «Aqrolizinq» ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir. Nizamnamə kapitalı (159 mln 519,55 min manat) 100% İqtisadiyyat və Sənaye Nazirliyinə məxsusdur. --17D—
-
- İqtisadiyyat
- 19 May 2014 16:08
-
- İqtisadiyyat
- 19 May 2014 17:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz