Texnologiyalar Parkı haqqında Əsasnamə təsdiq edilib
Texnologiyalar Parkı haqqında Əsasnamə təsdiq edilib.
Azərbaycan Prezidenti İlham Əliyev "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"nin təsdiq edilməsi barədə Fərman imzalayıb ( http://president.az/articles/11749). Sənəd texnoloji parkların yaradılması, idarə edilməsi ilə bağlı məsələləri tənzimləyir.
Ona əsasən, texnoloji parklar dövlət elm və təhsil müəssisələri və ya müstəqil strukturların yanında yaradılır. Onların işini səmərəli təşkil etmək üçün müsabiqə yolu ilə operator cəlb edilə bilər. İdarə edən təşkilat və operator texnoparkın rezidenti kimi fəaliyyət göstərə bilməz. Səlahiyyətli orqan texnoparkın fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı idarəedici təşkilata kömək göstərir, texnoparkın fəaliyyəti barədə illik hesabat hazırlayır, müsabiqə yolu ilə operator seçir, texnoparkın ləğv edilməsi ilə bağlı ölkə prezidentinə təkliflər verir və s.
Sənəd həmçinin texnoparkların torpaq sahəsindən istifadəsi məsələsini tənzimləyir. Əsasnamədə deyilir ki, dövlət, bələdiyyə və özəl torpaqlarda birgə texnoparklar yaradıla bilər. --17D—
-
- İqtisadiyyat
- 19 May 2014 16:10
-
- Cəmiyyət
- 19 May 2014 17:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz