Vergi işçiləri elit kommersantlar barədə informasiyanı xüsusi şöbədə gizləyir
Vergilər Nazirliyində xüsusi şöbə yaradılıb. Nazirin 12 avqust tarixli №1417040101114600 əmri ilə bu strukturun Əsasnaməsi təsdiq edilib http://vn.taxes.gov.az/haqqinda/esasname/XI.pdf.
Sənədə əsasən, şöbə əməkdaşları Nazirliyin vergi siyasəti və inkişaf konsepsiyasını hazırlayacaq, təkliflər verəcək, məxfi dəftərxana yaradacaq və məxfi sənəd dövriyyəsi aparacaq. Şöbə həmçinin kommersiya sirri üçün məsuldur.
Bu qurumun xüsusi şöbəni müstəqillik əldə ediləndən 23 il sonra xatırlaması təsadüfi deyil – müstəqil KİV-də vaxtaşırı hakim ailə və oliqarxların kommersiya strukturları barədə məlumatlar yayılır. Bu isə kommersiya sirrinin pozulmasıdır. Bundan başqa, hər il Hesablama Palatasının hesabatı nazirlikdə maliyyə və hüquqi intizam pozuntularının artdığını göstərir. --17D—
-
- İqtisadiyyat
- 15 Avqust 2014 16:08
-
- İqtisadiyyat
- 15 Avqust 2014 16:39
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz