Vergiödəyicilərinin sayı artır
Martın 11-nə olan vəziyyətə görə, ilin əvvəlindən vergiödəyicilərinin sayı 25 min 508 min nəfər artıb.
Vergilər Nazirliyinin məlumatna görə, bunlar əsasən fiziki şəxslərdir (23 min 828 sahibkar). Hüquqi şəxslərin payına fiskal bölmələrdə 1 min 680 qeydiyyat düşür. 100% xarici nizamnamə kapitallı şirkətlərin sayının artması
(+114) müşahidə edilir. Onlar sənaye, tikinti, nəqliyyat, turizm, xidmət və ticarət sahələrinə vəsait qoyuluşuna üstünlük verirlər.
Populyar xarici şirkətlər arasımda AİRBUS, General Engineering Services and Supply Company LP, Kroun Konsaltinq, Qinterra Technologies AS, Vega International Car Transport & Logistic-Trading Gesellschaft-in adlarını çəkmək olar.
Son göstəriciləri nəzərə alsaq, Azərbaycanda 692 mindən bir qədər çox vergiödəyicisi qeydiyyata alınıb ki, bunun da böyük hissəsi fiziki şəxslərdir.
Vergilər Nazirliyi bir ildən az müddətdə bazarı tərk edən sahibkarların statistikasını dərc etmir – “vahid pəncərə” vasitəsilə biznesin qeydiyyatı maksimum 72 saat ərzində həyata keçirilir, ancaq sonra süni maneələr yaradılır ki, bu da qeyri-neft sahəsində çalışan aparıcı xarici nümayəndələrin çox vaxt yerli bazardan getməsinə səbəb olur. --17D—
-
- İqtisadiyyat
- 16 Mart 2016 13:10
-
- Siyasət
- 16 Mart 2016 13:52
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz